CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bədbəxt hadisə: kran kişinin həyatına son qoydu

Zavod ərazisində işləyən kranın bir hissəsi qırılaraq “KamAZ” markalı yük avtomobilinin üzərinə düşüb. 
Sputnik

BAKI, 4 aprel - Sputnik. “Baku Steel Company” MMC-də bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. 

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, ərazidə işləyən kranın bir hissəsi qırılaraq “KamAZ” markalı yük avtomobilinin üzərinə düşüb. 

Hadisə nəticəsində yük maşınının sürücüsü ölüb.

Faktla bağlı araşdırma aparılır.