CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda neçə nəfər COVID-dən peyvənd olunub? - Son rəqəmlər

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 451, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 481 nəfərdir.
Sputnik

BAKI, 4 aprel - Sputnik. Azərbaycanda son sutkada koronavirus əleyhinə 22 932 vaksin vurulub.

Sputnik Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatınaa istinadla bildirir ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 451, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 481 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 947 745, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 590 914, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 356 831 təşkil edir.