VİDEO

Zəngilanın Turabad kəndindən ən son görüntülər yayıldı

Azərbaycanın Müdafiə Nazirliyi Zəngilan rayonunun işğaldan azad edilmiş Turabad kəndindən ən son videogörüntüləri yayıb.
Sputnik

BAKI, 3 aprel - Sputnik. Müdafiə Nazirliyi Zəngilan rayonunun Turabad kəndindən yeni çəkilmiş videogörüntüləri ictimaiyyətə təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, Turabad kəndi Oxçu çayının sahilində, dağətəyi ərazidə yerləşir. 

Kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 

Turabaddan çəkilən ən son görüntüləri təqdim edirik.