Uşaq bağçalarının fəaliyyəti davam etdiriləcək - Təhsil naziri

Halbuki yerli icra hakimiyyəti orqanları dünən adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdilər. 
Sputnik

BAKI, 3 aprel - Sputnik. Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində canlı yayımda bildirib.

Halbuki yerli icra hakimiyyəti orqanları dünən adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdilər.