SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Siyasi şərhçi: “Zəngəzur dəhlizi yeni kommunikasiya imkanları açır”

Siyasi şərhçi Aydın Quliyev deyir ki, bu dəhlizin açılması Ermənistanın xarici siyasətinin və siyasi reallıqlara baxışının dəyişməsinə səbəb olacaq
Sputnik

“Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacibi nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”. Bu barədə Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışında bildirib.

Siyasi şərhçi Aydın QuliyevSputnik Azərbaycan-a deyir ki, Zəngəzur dəhlizi region dövlətləri arasında inteqrasiya və əməkdaşlığı yeni bir mərhələyə çıxardır:

 “Eyni zamanda bu dəhliz geosiyasi və geostrateji baxımdan mövcud olmayan yeni kommunikasiya imkanları açır. Xüsusən də, bu dəhlizin açılması Ermənistanın xarici siyasətinin və siyasi reallıqlara baxışının dəyişməsinə səbəb olacaq. Zəngəzur dəhlizi digər ölkələrlə yanaşı, həm də Ermənistana lazımdır”.

Aydın Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz