Peyvənd olunan ölkə prezidenti koronavirusa tutulub

Prezidentin yüngül qızdırma və baş ağrısı şikayətindən sonra verdiyi test müsbət çıxıb. O, karantinaya alınıb, mövcud protokollara və şəxsi həkimin göstərişlərinə əməl edir.
Sputnik

BAKI, 3 aprel — Sputnik. Yanvar ayında peyvənd olunan Argentina Prezidenti Alberto Fernandez koronavirusa yoluxub.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Argentina Prezidentinin yüngül qızdırma və baş ağrısı şikayətindən sonra verdiyi test müsbət çıxıb.

Alberto Fernandez "Twitter" hesabında yazıb ki, karantinə alınıb, mövcud protokollara və şəxsi həkimin göstərişlərinə əməl edir.

Qeyd edək ki, Argentina Prezidentinin 62 yaşı var.