SƏHİYYƏ

Qorxulu rəqəmlər: Azərbaycanda koronavirusa yüksək yoluxma və ölüm halı qeydə alındı

Azərbaycanda indiyədək ümumilikdə 268714 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 240870 nəfər müalicə olunaraq sağalıb, 3648 nəfər vəfat edib, aktiv xəstə sayı 24196 nəfərdir.
Sputnik

BAKI, 3 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2392 yeni yoluxma faktı qeydə alınıb, 1063 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Belə ki, ölkədə son sutka ərzində 15585, hazırkı dövrədək isə 2916745 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 268714 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 240870 nəfər müalicə olunaraq sağalıb, 3648 nəfər vəfat edib, aktiv xəstə sayı 24196 nəfərdir.

Qeyd edək ki, ötən gün koronavirus infeksiyasına 2361 yeni yoluxma faktı qeydə alınmış, 822 nəfər müalicə olunaraq sağalmış, analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat etmişdi.