CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik bu il 500-ə yaxın əlillik təyinatını ləğv edib

Əlillik təyinatı müxtəlif reyestr sistemi vasitəsilə ləğv edilir. Bu barədə şəxsə əvvəlcədən də məlumatlandırıcı məktub yazılır.
Sputnik

BAKI, 2 aprel — Sputnik. Bu ilin 3 ayı ərzində 465 əlillik təyinatını ləğv edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov "Sosial saat"da deyib.

Onun sözlərinə görə, əlillik təyinatı müxtəlif reyestr sistemi vasitəsilə ləğv edilir. Bu barədə şəxsə əvvəlcədən də məlumatlandırıcı məktub yazılır.