Əhməd Əhmədzadə vəzifəsindən azad edilib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri artıq Əhməd Əhmədzadə deyil.
Sputnik

BAKI, 2 aprel — Sputnik. Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Əhmədzadə 1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Ailəlidir, üç övladı var.