RUSİYA

"Rusiya ilə Avropa İttifaqını barışdırmaq mümkündür"

Məqalə müəllifinin fikrincə, Parislə Berlin belə "siyasi güzəştə" koronavirusun üçüncü dalğası qorxusu ilə, pandemiya ilə mübarizənin ən yaxşı yolunun əhalinin immunizasiyası olduğunu anladıqları üçün gediblər.
Sputnik

BAKI, 2 aprel - Sputnik. Koronavirus əleyhinə "Sputnik V" vaksininin tədarükü Rusiya ilə Avropa İttifaqını yaxınlaşdıra bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, The Spectator-un jurnalisti Meri Deyevski bu fikirdədir.

Putin: "Rusiyanın vaksini koronavirusun bütün variantlarına qarşı effektivdir"
 

O, Vladimir Putinlə Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makronun bu yaxınlardakı danışıqlarını yada salıb. Dövlət başçıları "Sputnik V" vaksininin Avropa İttifaqına tədarükü və birgə istehsalını müzakirə etmişdilər. Məqalə müəllifinin fikrincə, Parislə Berlin belə "siyasi güzəştə" koronavirusun üçüncü dalğası qorxusu ilə, pandemiya ilə mübarizənin ən yaxşı yolunun əhalinin immunizasiyası olduğunu anladıqları üçün gediblər.

"Deyəsən, onlar dərindən nəfəs alıb Vladimir Putinə zəng elədilər", - Deyevski yazıb.

O qeyd edib ki, Rusiya vaksininin effektivliyi barədə yeni dəlillər peyda olduqca ondan imtina olunması siyasi çalar alır. Jurnalist vurğulayır ki, "Sputnik V"nin tədarükü Rusiya ilə Avropa İttifaqını yaxınlaşdıra bilər, bunu isə Fransa ilə Almaniya istəyir, Polşa ilə Baltika ölkələri isə - yox.

Müəllif həmçinin AstraZeneca-nın təhlükəli yan effektlərindən sonra avropalıların vaksinasiyadan imtinasını və Londonla münasibətləri də "Sputnik V" vaksininin alınmasına qarşı qoyur. Çünki Avropa İttifaqının bir çox ölkələri İsveçlə Britaniyanın müştərək müəssisəsi olan AstraZeneca-nın vaksinlərinin tətbiqini dayandırıb. 

Qeyd edək ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V"-nin yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Həm peyvənd, həm də plasebo vurulmuş 19866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"ın - 79,3% təşkil edir.

Həkim: "COVAX-ın Azərbaycana vaksin verməməsi ÜST-ün prinsiplərinə ziddir"

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.