MƏDƏNİYYƏT

Mərhum reper haqqında filmdə məşhurlar çəkiləcək

Kənan Mahmudovun öz dostu, mərhum Hüseyn Dərya haqqında faktları açıqlayacağı filmdə aparıcı aktyorlar və rep ifaçıları iştirak edəcək
Sputnik

BAKI, 2 aprel — Sputnik. Kəmalə Əliyeva. Tezliklə vaxtilə populyar rep ifaçısı Hüseyn Dərya (Hüseyn Muradov) haqqında film çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-a filmin müəllifi Kənan Mahmudov məlumat verib.

Filmdə ölkənin bir çox məşhurları, o cümlədən repçi Dado (Seyid Əliyev), aparıcı Kamran Həsənli, aktyorlar Fərda Xudaverdiyev, Dilarə ƏIiyeva və başqaları iştirak edəcəklər. Adı çəkilənlərin hər biri mərhumla onun sağlığı dövründə dostluq münasibətlərində olub.

Mahmudov özü də Hüseyn Dərya ilə yaxın dost olub. Odur ki yeni filmdə rejissor mərhum reper haqqında indiyə qədər məlum olmayan faktları açmaq niyyətindədir.

Qeyd edək ki, Hüseyn Dərya Azərbaycanın ilk reperlərindən biri olub. "Keyf elə", "Olum, ya ölum", "Danışa-danışa" və digər kompozisiyaları sayəsində məşhurlaşmış repçi 2014-cü ilin martın 15-də, özünün sükan arxasında olduğu avtomobilin qəzaya uğraması nəticəsində aldığı çoxsaylı zədələr nəticəsində həlak olub.