QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Minalardan təmizlənən ərazilərin sahəsi açıqlandı

Əməliyyat axtarış tədbirləri Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd istiqamətlərində aparılıb.
Sputnik

BAKI, 2 aprel — Sputnik. 27 sentyabrdan bu günə qədər Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən keçmiş cəbhəboyu ərazilərdə əməliyyat axtarış tədbirləri davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, bu günə qədər 1731 ha ərazi tam olaraq təmizlənib: "Ərazilərdən 1737 ədəd partlamamış hərbi-sursat və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyat axtarış tədbirləri Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd istiqamətlərində aparılıb. Axtarışlar Şuşa şəhərində də davam etdirilir".