FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Kral yasaqlığından milli parkadək: Bardiyadan mənzərələr - FOTO

Sputnik

Bardiya Milli Parkı Nepalın cənub-qərbində, Bheri bölgəsindədir. Bura adını üç dəfə dəyişib: 1969-cu ildə 368 kv kilometr kral ovçu yasaqlığı üçün ayrılmışdı, 1976-cı ildə o, Karnali kral yasaqlığı olub, 1982-də isə indiki adını alıb - Bardiya kral yasaqlığı. Bardiya 1988-ci ildə milli park statusunu alıb. 

Bardiyanın ərazisində yaşayan 1500-ə yaxın sakin isə oralardan köçürülüb. 

Parkda 839 bitki növünə rast gəlinir. 53 növ məməli, o cümlədən Hindistan kərgədanı, Hindistan fili, Benqal pələngi, barasinqa və Qanq delfini Bardiyada özünə sığınacaq tapıb. Burada amfibiya və sürünənlərin 23 növünə, o cümlədən bataqlıq timsahı və Qanq qavialına rast gəlmək olar. 407 növ quş və 125 növ balıq Bardiya təbiətinə xüsusi gözəllik qatır. 

1 / 10
Bardiya Milli Parkı
2 / 10
Bardiya Milli Parkı
3 / 10
Bardiya Milli Parkı
4 / 10
Bardiya Milli Parkı
5 / 10
Bardiya Milli Parkı
6 / 10
Bardiya Milli Parkı
7 / 10
Bardiya Milli Parkı
8 / 10
Bardiya Milli Parkı
9 / 10
Bardiya Milli Parkı
10 / 10
Bardiya Milli Parkı