BAKI, 2 aprel - Sputnik. Vaşinqtonda, ABŞ Konqresinin binası yaxınlığında yerləşən nəzarət-keçid məntəqəsinə naməlum şəxs avtomobillə hücum edib.
NBC News telekanalının məlumatına görə, hadisə nəticəsində iki zabit yaralanıb. Onlar xəstəxanaya aparılıblar, şübhəli isə tutulub. Bir qədər sonra onun öldüyü barədə məlumat verilib.
MSNBCК telekanalı isə məlumat yayıb ki, ən azı bir nəfərə atəş açılıb. Hadisə səbəbindən Vaşinqtonda bir neçə küçə bağlanıb.