BAKI, 2 aprel — Sputnik. Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və oleandr ağaclarının kəsildiyi müəyyən edilib. "Hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır".
Qeyd edək ki, həmin ünvanın yaxınlığında böyük taxta, eləcə də digər tikinti materialları bazarı yerləşir.