CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Divarlar bir-birilə "sağollaşır": Qobustanda torpaq sürüşüb - VİDEO

Qobustanda torpaq sürüşməsi səbəbindən​ evlər qəzalı vəziyyətə düşüb. Ərazidə sürüşməyə son günlər​ yağan qar və yağış​ sularının səbəb olduğu ehtimal edilir.
Sputnik

Hadisə Qobustanın Cəyirli kəndində​ qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, torpaq sürüşməsi nəticəsində kənd ərazisində 40-dan çox evin divarlarında irili-xırdalı çatlar əmələ gəlib.

Bir neçə evin tavanında, döşəməsində, yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanlar yaranıb. Bundan əlavə​, iki fərdi yaşayış evi tam qəzalı vəziyyətə düşüb.

Ətraflı videomuzda izləyin.