İQTİSADİYYAT

Yay mövsümündə əmlak bazarında qiymətlər necə dəyişəcək - ekspert açıqlayır

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, bazarda təklif olmadığından orta qiymətdə artım qeydə alınır
Sputnik

“Hesab edirəm ki, aktivlik baxımından ötən ilin eyni dövrü ilə müqayisədə mənzil bazarında azalmalar qaçılmaz olacaq”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, bununla yanaşı, bazarda cüzi bahalaşmalar da qeydə alına bilər:

“Pul kütləsinin azalması bazarda təkliflərin azalmasına gətirib çıxarır. Son nəticə də bazardakı ucuz evlər satılır, bahalı evlər isə qalır. Bazarda təklif olmadığından orta qiymətdə artım qeydə alınır. Bu il bu tendensiyanın qaçılmaz olacağını düşünürəm. Xüsusən də yaz və payız aylarında bu baş verə bilər. Bağ evləri haqqında danışdıqda isə onu deyə bilərəm ki, mövsümi olaraq əsasən yay aylarında belə mənzillərin kirayə qiymətlərində artımlar olur. Amma satışında qiymət artımı olacağını ehtimal etmirəm. Ötən il təkcə bağ evlərinin kirayə haqlarında 8 faizlik artım qeydə alınmışdı”.

Nüsrət İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz