MƏDƏNİYYƏT

Sevda Ələkbərzadə səksənlərə qayıtdı - VİDEO

Xatırladaq ki, "RÄNG" leyblı bundan əvvəl gənc ifaçı Günay Bədəlovanın ifasında "Ya Qarabağ, Ya Ölüm" mahnısını, daha sonra isə Türkiyənin əfsanəvi rok qrupu "Manga" qrupunun solisti Ferman Akgül və Sevda Ələkbərzadənin "Ulu Vətən" mahnısını təqdim etmişdi.
Sputnik

BAKI, 1 aprel — Sputnik. Əməkdar artist Sevda Ələkbərzadə yeni klipini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, bir müddət əvvəl "Hisslərim dumanda" adlı mahnısı ilə bütün dinləyicilərini 80-ci illərə qaytararaq, dünya trendini ölkəmizə gətirən sənətçi bu dəfə də eyni üslubda davam edib. "Sən yoluna" adlı yeni mahnının sözləri Orxan Zeynallı, musiqi isə İslam Şirvaniyə aiddir. Klipin rejissorluğunu Fərhad Əli edib. Klipdə Sevda Ələkbərzadə yenidən 80-ci illərin ab-havasını xatırladıb.

Müəllif-ifaçı Murad Arif və repçi PRoMetenin rəhbərlik etdiyi "RÄNG" musiqi leyblı, həmçinin ölkəmizə yeni adların məşhurlaşmasında iddialıdır. Belə ki, "RÄNG" Sevda Ələkbərzadənin klipiylə eyni gündə TİMA adlı yeni ifaçının da ilk klipini təqdim edib. Musiqisi TİMA və Murad Arifə, sözləri isə repçi Orxan Zeynallıya məxsus olan nəğmə "Sarılaraq öp" adını daşıyır. Aranjimanı Emin Kərim (STKHA) tərəfindən edilmiş mahnının klipini Fərhad Əli çəkib. Ekran işində cəsarətli öpüş səhnələri də diqqətdən yayınmır.

Hər iki layihə artıq bütün rəqəmsal platformalarda və "YouTube"da yayımlanıb.