RUSİYA

Sergey Lavrov: "ABŞ kibritlə təhlükəli oyun oynayır"

"Mənim qiymətləndirməmin diapazonu "mənasızlıqla məşq"dən kibritlə təhlükəli oyuna qədər dəyişir", - deyə Lavrov vurğulayıb.
Sputnik

BAKI, 1 aprel — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı sanksiyaları və NATO-nun infrastrukturunu şərqə irəlilətməsi planları barədə danışarkən bildirib ki, Vaşinqton "mənasızlıqla məşq edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Lavrov ORT-də "Böyük Oyun" proqramının efirində bildirib.

"Mənim qiymətləndirməmin diapazonu "mənasızlıqla məşq"dən kibritlə təhlükəli oyuna qədər dəyişir", - deyə Lavrov vurğulayıb.

O, eyni zamanda bildirib ki, Birləşmiş Ştatlar özünü küçə "xuliqanı" kimi aparır. Lavrov qeyd edib ki, Rusiya konfrontasiya axtarmır, lakin özünü də qoruya bilər.