Bayden bir növ adətkərdə olub: Yenə büdrədi

"Prezident Bayden Pensilvaniya ştatının Pittsburq şəhərinə uçmaq üçün "Air Force One" təyyarəsinə minir" – deyə videonun altındakı mətndə qeyd olunur.
Sputnik

BAKI, 1 aprel — Sputnik. ABŞ Prezidenti Co Baydenin növbəti dəfə təyyarənin trapında ayağı büdrəyib. Bu görüntünü əks etdirən videolent "The Hill" nəşrinin "Twitter" hesabında paylaşılıb.

"Prezident Bayden Pensilvaniya ştatının Pittsburq şəhərinə uçmaq üçün "Air Force One" təyyarəsinə minir", – deyə videonun altındakı mətndə qeyd olunur.

Videodakı kadrda ABŞ prezidentinin yağan yağışın altında əlində çətirlə təyyarəyə qalxdığı görünür. Sonuncu pillələrdən birində ayağı büdrəyən Bayden bu dəfə yıxılmaqdan qurtulur.

Qeyd edək ki, mart ayında Co Baydenin "Air Force One" təyyarəsinin göyərtəsinə qalxarkən bir neçə dəfə ayağının büdrədiyi və yıxıldığını əks etdirən videogörüntü yayılmışdı. Ağ Evdən verilən açıqlamada buna güclü küləyin səbəb olduğu bildirilmişdi.