CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda gənc qız özünü binadan atıb

İyirmi beş yaşlı qız binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb. O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Sputnik

BAKI, 1 aprel — Sputnik. Pirallahı rayonunda intihara cəhd hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb.

O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.