BAKI, 31 mart — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni müsabiqəyə start verib. Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, gənc yazarlar və jurnalistlər arasında ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Şanlı Zəfər Yolumuz" mözusunda "Ən yaxşı yazı" müsabiqəsi elan edilir.
Müsabiqə yazıları 1 apreldən 30 mayadək qəbul olunacaq. Müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını musabiqekomite@gmail.com email ünvanına göndərməlidirlər.
Təqdim olunan məqalələr 3 səhifədən çox olmayaraq Arial 12 şriftində olmalıdır. Məqalələr azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.
Təqdim olunan məqalələr Münsiflər Heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcəkdir. Müsabiqədə ilk 3 yerin qalibləri (1-ci, 2-ci, 3-cü yerlər) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılacaq.
Müsabiqənin yekunlarına həsr olunan tədbirin keçirilmə vaxtı pandemiya ilə bağlı tətbiq olunan karantin rejiminin qaydalarından asılı olaraq müsabiqə iştirakçılarına və ictimaiyyətə açıqlanacaq.