BAKI, 31 mart — Sputnik. 1 aprel 2021-ci ildə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin Vunqtau küçəsi ilə kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu səbəbdən M1, M2, M6 və 104 nömrəli marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti təşkil ediləcək:
"M1, M2, M6 nömrəli ekspres marşrut üzrə avtobuslar "Həzi Aslanov " metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;
104 nömrəli müntəzəm marşrut üzrə avtobuslar "Həzi Aslanov " metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkət edəcək".