MƏDƏNİYYƏT

"Netflix"də yayımlanacaq serialın çəkilişi dayandırıldı, səbəb... - VİDEO

H.Kayanın rol aldığı, "Netflix"də yayımlanması planlaşdırılan "Pera Palas'ta gece yarısı" serialının çəkilişləri müvəqqəti təxirə salınıb.
Sputnik

BAKI, 31 mart — Sputnik. Türkiyənin məşhur aktrisası Hazal Kaya koronavirusa yoluxub.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisa bu barədə özünün "Instagram" hesabında yazıb. Aktrisa paylaşımında qeyd edib ki, özünü izolyasiya etməsinə rəğmən virusa yoluxub. Hazırda vəziyyəti qənaətbəxşdir. Bu səbəbdən H.Kayanın rol aldığı, "Netflix"də yayımlanması planlaşdırılan "Pera Palas'ta gece yarısı" serialının çəkilişləri müvəqqəti təxirə salınıb.

Qeyd edək ki, Hazal Kaya serialda "Esra" obrazına həyat verəcək.