CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Acınohur düzündə milli park yaradıla bilər

Qoruqlara daxil olmaq tam qadağandır. Yalnız qoruğun işçiləri və elmi tədqiqat aparacaq şəxslər üçün icazə verilə bilər.
Sputnik

BAKI, 30 mart — Sputnik. Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyində milli parkın yaradılması təklif ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə zooloq-mütəxəssis Elşad Əsgərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkə hesabındakı canlı yayımda məlumat verib.

Nazirlik rəsmisindən "təsəlli" - onlara ən yüksək cəriməni yazmışıq

O bildirib ki, Acınohur düzü ilə qonşuluqda əkin sahələrinin olması buradakı ceyranların gələcək həyatını təhlükədə qoyur və bu da onların gələcək artımının qarşısını alacaq: "Acınohur düzünə 5 ceyran buraxılıb. İlk ildə ceyranların artımı ləng gedirdi, amma son iki ildə artım sürətlənib və iki dəfə çoxalıb. Ərazinin tutumu burada daha çox ceyranın yaşamasına imkan verir. Amma ceyranlara mane olan qonşuluqda əkin sahələridir. Əkin sahələrində kimyəvi maddələrin istifadə edilməsi ceyranların gələcək həyatı üçün təhlükə yaradır. Yaxşı olardı ki, Acınohur düzündə xüsusi mühafizə olunan təbiət ərazisi yaradılsın. Burada milli parkın yaradılması üçün təklif də verəcəyik".

E.Əsgərov həmçinin qeyd edib ki, qoruqlara daxil olmaq tam qadağandır. Yalnız qoruğun işçiləri və elmi tədqiqat aparacaq şəxslər üçün icazə verilə bilər: "Milli parklarda turistlərin yalnız təbiəti öyrənmək, oradan zövq almaq səlahiyyəti var".