CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantinin "matahı": bu toy gözlərin pasını apara bilmədi - VİDEO

Toy kimi gözəl adətimizin bəzi xüsusiyyətləri dəyişib, indi qəfil gələn qonaq yeməyə çatmayanda eləcə pul yazılıb getmir, ev sahibini cərimə edir.
Sputnik

BAKI, 30 mart — Sputnik. Paytaxtın Nizami rayonunda xüsusi karantin rejimi qaydalarına əməl edilməyən restoranların birində toy mərasiminin keçirilməsi aşkalanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan "Xan Bağı" restoranının sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Toy sahiblərinin hər biri 400 manat, mərasiminin təşkilinə şərait yaradan restoranın müdiri barəsidə 4000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. Restoranın inzibatçısı barəsində toplanmış material isə Nizami rayon Məhkəməsinə göndərilib.