MƏDƏNİYYƏT

Moldovada Nizami Gəncəvinin xatirə barelyefi açılacaq

Qeyd edək ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb
Sputnik

BAKI, 30 mart — Sputnik. Moldovanın Kişinyov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirə barelyefi açılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, barelyefin quraşdırılması üçün Kişinyov meriyası ilə razılaşma məsələləri artıq yekunlaşır. Dahi şairin xatirə barelyefi mərmərdən hazırlanıb və yaxın zamanda səfirliyin binasının küçə hissəsindəki divarda quraşdırılacaq.

Qeyd edək ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb.