SƏHİYYƏ

"Elə buna görə deyirdim ki, ÜST-ü tərk edək" - Hesabata reaksiya

Diplomatın fikrincə, COVID-19-un yayılmasının ən açıq-aydın versiyası Uhandakı Virusologiya İnstitutudur
Sputnik

BAKI, 30 mart - Sputnik. ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo Twitter-də Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun mənşəyi haqda son hesabatını sərt tənqid edərək onun müəlliflərini Çinin "dezinformasiya kampaniyasında" iştirakda günahlandırıb. 

"Bax elə buna görə mən tövsiyə edirdim ki, ABŞ ÜST-dən çıxsın", - o əlavə edib.

​Diplomatın fikrincə, COVID-19-un yayılmasının ən açıq-aydın versiyası Uhandakı Virusologiya İnstitutudur. Pompeo həmçinin ehtimal edir ki, ÜST rəhbəri Tedros Adhanom Gebreyesus virusun yayılması barədə həqiqətləri gizlətməkdə ÇXR sədri Si Cinpinlə əməkdaşlıq edir ki. 

Ancaq Gebreyesusla Si Cinpin arasında "razılaşma"ya dair Pompeo sübut gətirməyib. 

Bu gün ÜST koronavirusun mənşəyinin araşdırılması məqsədilə Çinin Uhan şəhərinə ezam olunmuş beynəlxalq ekspertlər qrupunun məruzəsinin tam versiyasını dərc edib. Məruzədə COVID-19-un laboratoriyadan yayılması "ağlabatan sayılmır". Gebreyesus vurğulayıb ki, təşkilatın mütəxəssisləri virusun mənbəyini tapmayıblar və bu səbəbdən onun axtarışının davam etdirilməsini istəyib.