VİDEO

Füzulidə ermənilərin divan tutduqları kənd - VİDEO

1993-cü ilin avqustunda Ermənistan ordusunun işğal etdiyi Divanalılar kəndini Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 7-də düşmən tapdağından təmizləyib. 
Sputnik

BAKI, 30 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Füzuli rayonunun Divanalılar kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Qarabağ silsiləsinin ətəyində yerləşən Divanalılar Füzuli rayonunun Qacar inzibati ərazi vahidliyinə daxildir. Kəndin adı Qacarların divanalılar tirəsinin adını əks etdirir.

1993-cü ilin avqustunda Ermənistan ordusunun işğal etdiyi Divanalılar kəndini Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 7-də düşmən tapdağından təmizləyib.