SƏHİYYƏ

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 536 871 nəfər peyvəndlənmə prosesində iştirak edib
Sputnik

BAKI, 30 mart — Sputnik. Martın 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 926 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 536 871 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.