CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatların vaksinasiyası başa çatıb

Deputatların vaksinasiyasının ikinci mərhələsi başa çatıb. Vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilib.
Sputnik

BAKI, 29 mart — Sputnik. Milli Məclisin deputatlarının koronavirusa qarşı vaksinasiyasının ikinci mərhələsi başa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ötən həftə ərzində deputatlara vaksinin ikinci dozasının vurulması həyata keçirilib.

Qeyd edək ki, deputatların vaksinasiyası könüllülük prinsipi əsasında həyata keçirilib.