BAKI, 29 mart — Sputnik. Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada görüşü nəzərdə tutulmayıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan bildirib.
"Mən Moskvaya MDB-yə üzv ölkələrinin XİN rəhbərlərinin Şurasının iclasında iştirak etmək üçün gedəcəyəm. Hazırda azərbaycanlı həmkarım Ceyhun Bayramovla görüş planlaşdırılmır. Lakin sammitin kuluarlarında həmkarlarımla əlaqələr, təbii ki, olacaq", - deyə nazir qeyd edib.
Qeyd edək ki, martın 26-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycandan və Ermənistandan olan həmkarları ilə görüşəcək.