MƏDƏNİYYƏT

Nazpəri Dostəliyeva şəhidə "Laylay" oxudu - VİDEO

Xanım İsmayılqızı "Facebook" səhifəsində bildirib ki, bu yaxınlarda klipin təqdimat mərasimi keçiriləcəkdi. N.Dostəliyevanın 41 yaşlı oğlu Əlinin qəfil vəfatı ilə bağlı təqdimat mərasimi təxirə salınıb.
Sputnik

BAKI, 29 mart — Sputnik. Xalq artisti Nazpəri Dostəliyeva 21 yaşlı şəhid Kənan Rüstəmlinin xatirəsinə "Laylay" adlı mahnı həsr edib. Sputnik Azərbaycan xəbər verir ki, bəstənin müəllifi Xanım İsmayılqızıdır. Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə edilib. Əslən Biləsuvardan olan Kənan Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub və nəşi 21 gün ermənilərdə əsir qalıb.

Qeyd edək ki, Xanım İsmayılqızı "Facebook" səhifəsində bildirib ki, bu yaxınlarda klipin təqdimat mərasimi keçiriləcəkdi. N.Dostəliyevanın 41 yaşlı oğlu Əlinin qəfil vəfatı ilə bağlı təqdimat mərasimi təxirə salınıb.