CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müğənni Səhiyyə Nazirliyini və TƏBİB-i sərt tənqid etdi - VİDEO

"Ölkədə səhiyyə çox bərbad vəziyyətdədir. Xəstəni zamanında müayinə etsələr, yoluxma sayı bu qədər artmaz, bu qədər insan dünyasını dəyişməz. Bunun tək günahkarı Səhiyyə Nazirliyi, TƏBİB və əməkdaşlarıdır"
Sputnik

BAKI, 29 mart — Sputnik. Müğənni Günel Ələkbərova ("Pişik" Günel) Səhiyyə Nazirliyini və TƏBİB-i tənqid edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" hesabında: "Artıq bu gün üçüncü gündür ki, vəziyyətim ağır olaraq qalır. Baxmayaraq ki, ev şəraitində sistemlər qoşulur, amma yenə də vəziyyətim ağırdır. Koronavirus analizi vermişəm. Yaxmanın cavabı isə hələ də gəlməyib. Ölkədə səhiyyə çox bərbad vəziyyətdədir. Xəstəni zamanında müayinə etsələr, yoluxma sayı bu qədər artmaz, bu qədər insan dünyasını dəyişməz. Bunun tək günahkarı Səhiyyə Nazirliyi, TƏBİB və əməkdaşlarıdır. İnsan həyatı bu qədərmi ucuzdur? Mən artıq söz tapmıram deməyə".

Посмотреть эту публикацию в Instagram

Публикация от GunEL Alekberova (@gunelalekberova_)

Müğənni əlavə edib ki, "üç gündür bilmirəm, COVID-ə yoluxmuşam, ya yox? Allahdan qorxun! İnsanların həyatı ilə bu qədər oynamayın! Mən bilmirəm, bu yazıq kasıb necə müayinə olunur. Səhiyyə Nazirliyi camaatı pulsuz müayinə etməlidir. Bir az vicdanlı olun".