CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda tanınmış hüquqşünas vəfat edib

İyirmi ildən çox hüquq müdafiəçisi kimi fəaliyyət göstərən Gözəlov bir neçə gün əvvəl koronavirusa yoluxubmuş.
Sputnik

BAKI, 29 mart — Sputnik. Azərbaycanda tanınmış hüquqşünas Nicat Gözəlov vəfat edib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, N. Gözəlov 55 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, N.Gözəlov 20 ildən çox hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. O, bir neçə gün əvvəl koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alırdı.

Allah rəhmət eləsin!