BAKI, 29 mart — Sputnik. "CNN Türk" kanalı 44 günlük Vətən müharibəsindən bəhs edən sənədli film hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, kanalda Fulya Öztürkün hazırladığı Vətən müharibəsindən bəhs edən qısametrajlı film göstərilib. Tanınmış aparıcı 44 günlük müharibə ilə yanaşı, müharibə dövründə Gəncə, Bərdə və Tərtərdə baş verən erməni terrorundan da bəhs edib.
Qeyd edək ki, CNN kanalının əməkdaşı Fulya Öztürkün müharibə dönəmində cəbhədəki vəziyyət, eləcə də Gəncə, Bərdə və Tərtərdə baş verən erməni terrorunun dünyaya çatdırılmasında böyük əməyi olub.