Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 28 mart - Sputnik. Qız övladı olacağını öyrənən gənc ana hamiləliyi sonlandırmaq üçün dərman qəbul edib və dünyasını dəyişib.
Hadisə Şabran rayonun Ceyranlı kəndində baş verib. 2000-ci il təvəllüdlü Yusifova Məleykə Vahab qızı martın 26-da gecə saatlarında dünyasını dəyişib. Gənc ana qız övladı olacağını öyrənən zaman bətnindəki körpəni tələf etmək üçün həblərdən istifadə edib. Uşaq ana bətnində öldüyündən gənc ananın qanında zəhərlənmə baş verib və Məleykə Yusifova vəfat edib.
Kənd sakinlərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Yusifovanın azyaşlı bir qız övladı var. Onun yoldaşının hərbçi olduğu bildirilir.
Faktla bağlı bağlı Şabran rayon prokurorluğunda araşdırma başlanılıb. Araşdırma Məleykə Yusifovanın hansı səbəbdən təkrar ana olmaq istəməməsinin səbəblərini müəyyən edəcək.