HADİSƏ

Qobustanda faciə baş verdi - Ər arvadının başını kəsdi

Hadisənin baş vermə səbəbləri araşdırılır. Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerindədir.
Sputnik

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 28 mart - Sputnik. Qobustanda ər üç uşaq anası olan yoldaşını öldürüb.

İlkin məlumata görə, Qobustan rayon sakini​ - 1980-ci il təvəllüdlü Rəsulov Elnur Yarəhməd oğlu öz həyat yoldaşının - 1989-cu il təvəllüdlü Rəsulova Billurə Ələkbər qızının​ başını kəsib.

Elnur Rəsulov yoldaşını öldürəndən sonra özünə də xəsarət yetirib və hazırda yaralı halda Şamaxı rayon mərkəzi xəstəxanasındadir.

Hadisənin baş vermə səbəbləri araşdırılır. Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerindədir.

Elnur Rəsulov Qobustan şəhərindəki 8 saylı cəzaçəkmə müəssisəsində nəzarətçi isləyirmiş.