Dəm qazı zəhərlənməsinin qarşısı necə almaq olar – ekspert danışır

Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov deyir ki, dəm qazı zəhərli qazdır və onun yığıldığı mühitdə insanlar 7 dəqiqədən 30 dəqiqəyə qədər müddət ərzində nəfəs alarsa, insan həyatına son qoyur
Sputnik

Son günlər dəm qazından zəhərlənmə hallarının sayı artıb. Təkcə son həftədə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə 12 nəfər müraciət edib.

Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov Sputnik Azərbaycan-a deyir ki, dəm qazı zəhərli qazdır və onun yığıldığı mühitdə insanlar 7 dəqiqədən 30 dəqiqəyə qədər müddət ərzində nəfəs alarsa, insan həyatına son qoyur:

“Dünyanın bütün ölkələrində mənzillərdə və digər obyektlərdə detektorlardan istifadə edilir. Detektorlardan istifadə edilməyən yerlərə qaz verilmir. Detektorun funksiyası çox vacibdir. Əgər bu cihaz yanan maddə aşkar edərsə, onun ekranında yaranan reaksiya nəticəsində əsas qaz xəttinə siqnal ötürülür və qazın verilməsi bloklanır”.

Nüsrət Qasımovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz