Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Xudaverdili kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
Xudaverdili 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Xudaverdili Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə qonşu Hacılı kəndindən köçüb gəlmiş Xudaverdi adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılıb.