HADİSƏ

Paytaxtda 43 yaşlı kişi yol qəzasında xəsarət aldı

Əliyev Zaur İbrahim oğlu bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Sputnik

BAKI, 28 mart - Sputnik. Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Hadisə zamanı sərnişin, 1978-ci il təvəllüdlü Əliyev Zaur İbrahim oğlu bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.