CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda iki mina aşkarlanıb

Sursatların tapıldığı ərazidə (magistral yoldan aralı torpalıq ərazi) aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.
Sputnik

BAKI, 28 mart - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Qobustan kəndi yaxınlığında sursat aşkar olunması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunan sursatlara baxış keçiriblər.

Müəyyən olub ki, bu, 2 ədəd tank əleyhinə TM-62M təlim minasıdır. Sursatlar mütəxəssislər tərəfindən müvafiq qaydada götürülüb. Sursatların tapıldığı ərazidə (magistral yoldan aralı torpalıq ərazi) aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.