FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Vəhşi təbiətin möhtəşəm şəkilləri

Sputnik

World Nature Photography Awards 2020 müsabiqəsinin fəlsəfəsi onu deyir ki, təbiət şəkilləri insanların ona olan münasibətinə təsir edə və təbiəti qorumağa imkan verən pozitiv vərdişlər formalaşdıra bilər.

Ötən 2020-ci il fotoqrafların çoxu üçün əsl sınaq ili oldu: səyahət etmək imkanı məhdud idi, ona görə də vəhşi təbiət həvəskarları maraqlı kadrları öz evlərinin yaxınlığında axtarmalı oldular.

Sözügedən müsabiqədə hər il dünya ölkələrinin çoxundan həm həvəskar, həm də peşəkar fotoqraflar iştirak edirlər. World Nature Photography Awards (WNPA) əməkdaşlarından və təşkilatçılardan savayı 18 yaşdan yuxarı hər kəs müsabiqədə iştiraK edə bilər.

İşlər bu kateqoriyalar üzrə bölünür: "Heyvanlar öz yaşama mühitlərində", "Heyvanların portretləri", "Davranış – amfibiyalar və sürünənlər", "Davranış – quşlar", "Davranış – onurğasızlar", "Davranış – məməlilər", "Bitkilər və göbələklər", "Şəhərin vəhşi təbiəti", "Mənzərələr və Yer planetinin ətraf mühiti", "Ağ və qara", "Təbiətin incəsənəti", "Fotojurnalistika təbiət haqqında" və "İnsanlar və təbiət".

 

1 / 15
Kanadalı fotoqraf Tomas Vijananın müəllifi olduğu və World Nature Photography Awards 2020 müsabiqəsində yer tutmuş şəkil.
2 / 15
World Nature Photography Awards 2020 müsabiqəsində yer tutmuş bu şəklin müəllifi amerikalı fotoqraf Lourens Vorçesterdir.
3 / 15
Yunan fotoqraf Pavlos Evangelidisin müsabiqədə yer tutmuş bu şəklinin adı "Həqiqi Coker"dir.
4 / 15
World Nature Photography Awards 2020 müsabiqəsində yer tutmuş bu şəkil başqa bir kanadalıya - Deyl Pola məxsusdur.
5 / 15
Bu şəkli isə italyan müəllif Alessandro Qruzza "Buzun ruhu" adlandırıb.
6 / 15
Britaniyalı fotoqraf Nik Deyl benqal pələngini suda ov edən məqamda çəkib.
7 / 15
Bu şəklin müəllifi isə başqa bir britaniyalı fotoqraf - Harri Skeqqsdir.
8 / 15
Amerikalı Krista Fank suyun altına dalmış şəxsi çəkərək müsabiqədə yer tutub.
9 / 15
Hindistanlı Dipanjan Palın çəkdiyi bu şəkil isə həqiqətən möhtəşəmdir.
10 / 15
World Nature Photography Awards 2020 müsabiqəsində yer tutmuş bu şəklin müəllifi belçikalı Günter de Bruyndur.
11 / 15
İtaliyalı fotoqraf Vittorio Riççi soyadına uyğun olaraq zəngin fantaziyaya malikdir, çünki bu şəkilə "Öpüş" adını verib.
12 / 15
İspan fotoqraf Adriana Rivas deyəsən bu canlını cinayət üstündə yaxalayıb.
13 / 15
Sinqapurlu Tze Syon Tan isə həqiqətən gözəl anı tutub.
14 / 15
Çexiyalı Vladimir Çexin bu fotosu təbiətin gözəlliyini bir daha nümayiş etdirir.
15 / 15
Amerikalı Patrik Novotnının bu şəklində isə dişi aslanların döyüşü əks olunub.