RUSİYA

“Rospotrebnadzor” “EpiVakKorona”nın üç müdafiə xəttini açıqlayıb

Bir müddət əvvəl “İnfeksiya və immunitet” jurnalı vaksinlərin 18-60 yaşlı könüllülər üzərində "EpiVakKorona"nın kliniki sınağının birinci və ikinci fazalarının nəticələrini dərc etmişdi
Sputnik

BAKI, 27 mart — Sputnik. Rusiyanın “EpiVakKorona” koronavirusa qarşı peyvəndi üçqat immun müdafiəsini formalaşdırır. Bu barədə “Rospotrebnadzor”dan bildirilib. Preparatın iş prinsipi barədə məlumatlar idarənin rəsmi saytında dərc olunub.

Anticisimlər SARS-CoV-2-nin S-zülalının hüceyrənin reseptoru ilə əlaqəsinə mane oluelar – birinci müdafiə xətti belə formalaşır. Virus təbəqəsinin hüceyrə membranı ilə birləşməsinə mane olan anticisimlər ikinci müdafiə xəttini təşkil edirlər. Bu zaman virusun daxil olmasına müqavimət göstərilir. Əgər patogen yenə də hüceyrəyə düşsə, üçüncü müdafiə xətti işə düşür – immun sisteminin makrofaqlar, neytrofillərvə təbii killerlər kimi elementləri işə düşür. Anticisimlərdən əlavə, “EpiVakKorona” T-hüceyrəli immun cavabını da təşviq edir.

Bir müddət əvvəl “İnfeksiya və immunitet” jurnalı vaksinlərin 18-60 yaşlı könüllülər üzərində "EpiVakKorona"nın kliniki sınağının birinci və ikinci fazalarının nəticələrini dərc etmişdi: ikinci doza vurulduqdan 21 gün sonra bütün iştirakçılarda anticisimlər əmələ gəlib.

"EpiVakKorona" “Sputnik V”dən sonra Rusiyada koronavirus infeksiyasının profilaktikası üçün qeydə alınmış ikinci preparatdır. Onda canlı virus yoxdur və süni olaraq sintez edilmiş peptidlərin istifadəsinin sayəsində immunitet formalaşdırır.

Ondan əlavə, Rusiyada COVID-19 əleyhinə daha iki vaksin hazırlanıb – Qamaleya adına mərkəzin "Sputnik V" və REA-nın Çumakov adına mərkəzinin"KoviVak" peyvəndləri.