Hərbçilərimiz türk ordusundan terrorla mübarizənin sirrini öyrənirlər - FOTO

Azərbaycan Ordusunun əsgərləri terrorçuların öhdəsindən gəlmək üçün Türkiyə Respublikasında təlim keçirlər.
Sputnik

BAKI, 27 mart - Sputnik. Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələri tərəfindən təşkil olunan terrorla mübarizə və hava hücumu əməliyyatı təlimlərində iştirak ediblər. Bu barədə Sputnik Azərbaycan Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat verir.

"Terrorla Mübarizə Tədris və Təlim Mərkəzi Komandanlığı Qəhrəman Azərbaycan Ordusundan olan qardaşlarımıza "Terrorçularla Mübarizə Əməliyyatı Təlimi və Hava Hücumu Əməliyyatı" sahəsində təlim keçildi" - məlumatda deyilir.