HADİSƏ

Paytaxtda gənc qızı avtomobil vurdu

“İnşaatçılar” metro stansiyasının yaxınlığında 1994-cü il təvəllüdlü Güləliyeva Fəridəni avtomobil vurub.
Sputnik

BAK;? 27 mart - Sputnik. Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

“İnşaatçılar” metrostansiyasının yaxınlığında yolu keçən 1994-cü il təvəllüdlü Güləliyeva Fəridə Azər qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.