HADİSƏ

Bakıda orta məktəbdən 7 000 manatlıq büst oğurlanıb

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.
Sputnik

BAKI, 27 mart - Sputnik. Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7 000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.