HADİSƏ

Gəncədə mərasim evindən oğurluq olub

K.Məmmədovun Gəncə şəhərində yerləşən mərasim evlərinin birindən 2590 manat dəyərində məişət əşyaları oğurlaması müəyyən edilib.
Sputnik

BAKI, 26 mart - Sputnik. Gəncədə mərasim evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş K.Məmmədovun ətrafında Kəpəz RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 22-də Gəncə şəhərində yerləşən mərasim evlərinin birindən 2590 manat dəyərində məişət əşyaları, martın 23-də isə şəhər ərazisindəki vətəndaşa məxsus qarajdan 3000 manat dəyərində məişət əşyaları oğurlaması müəyyən edilib.

Araşdırma aparılır.