HADİSƏ

Azərbaycanlı İstanbulda silahını təmizləyərkən ehtiyatsızlıqdan dünyasını dəyişdi

Şahidlərin ilkin ifadəsinə görə, N.Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsindən girib.
Sputnik

BAKI, 26 mart - Sputnik. Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib.

“Report”un xəbərinə görə, hadisə İstanbul şəhərində Beşiktaşdakı otellərdən birində, yerli vaxtla saat 23:00 radələrində baş verib.

Şahidlərin ilkin ifadəsinə görə, N.Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsindən girib. Nəticədə N.Əliyev ağır yaralanaraq xəstəxanaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.