QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Növbəti erməni hiyləsi: Alban məbədinə saxta məzar daşları gətirilib

Xocavənd rayonunun Tuğ kəndində olan məbədləri ermənilər saxtalaşdırmağa çalışıb. Onlar çay daşlarının üzərində erməni hərfləri ilə özlərinə məxsus yazılar yazaraq, tariximizi özününküləşdirmək istəyib.
Sputnik

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Yolumuz Xocavənd rayonunun Tuğ kəndinədir. Bələdçimiz isə tarixçi-tədqiqatçı Nazim Vəlişovdur. O bildirir ki, Tuğun işğalından əvvəl burda 200 nəfər əhali yaşayıb. "Tuğ kəndi 200 nəfər əhalisi olan bir yaşayış məntəqəsi idi. 1991-ci ilin oktyabrın son günündə Tuğ və Səlakətin kəndi də işğal olundu. Gördüyünüz bu gözəl, mənzərəli yer hamısı erməni tapdağı altında qaldı. Bu illər ərzində ermənilər yenə də sovetlər dönəmində olduğu kimi saxtakarlıqlarla məşğul olmağa başladılar".

Vaxti ilə Tuğ kəndinin gəzməli və görməli yerlləri çox olub. Hətta Tuğ meşələri Qarabağda dillər əzbəri olub. İndi bu ünvanda yalnız və yalnız erməni vandalığının izlərinə rast gəlirik. Müsahibimizlə kənddə olan alban abidələrinin yanından da etinasız ötə bilmirik. Alban məbədinin yanında ayaq saxlayıb, söhbətimizə davam edirik. Dövlət başçısı İlham Əliyev özü də Tuğ kəndinə səfər edərkən burada - Alban məbədində olub. Bu məbəddə də emrəni saxtakarlığına rast gəlmək mümkündür.

Növbəti erməni hiyləsi: Alban məbədinə saxta məzar daşları gətirilib

Ermənilər Xocavənd rayonunun Tuğ kəndində sadəcə evləri talan etməklə, yurdu yağmalamaqla kifayətlənməyib. Müsahibimiz tarixçi-tədqiqatçı Nazim Vəlişov deyir ki, yandırdıqları evlər, tarixi-memarlıq, mədəniyyət, arxeoloji abidələrimiz bir tərəfə, əcdadlarımızdan bizə miras qalan alban məbədinə də öz saxtakar imzalarını qoymağa çalışıblar.

Tarixçi alban abidələrinin qarşısındakı üstü erməni yazılı çay daşlarını göstərərək deyir:

"Gördüyünüz bu çay daşları vaxtı ilə bu ərazidə olmayıb. Sonradan bura ermənilər tərəfindən gətirilib. Guya bunlar ermənilərə məxsus qəbir daşlarıdır. Onlar çay daşlarını buraya gətrib üzərinə özlərinə məxsus erməni hərifləri ilə nələrsə yazıblar. Güya ki, bunlar filankəs-yana məxsus olan qəbir daşıdır. Bu dəhşətdir. Bu qədər saxtakarlıq olmaz".

Xocavənd rayonunun Tuğ kəndində dört belə məbəd mövcuddur. Ermənilər burada yaşadıqları müddətdə bütün adıçəkilən abidələrə öz saxta imzalarını atmağa çalışıblar. Tarixən Azərbaycana məxsus olan bu abidənin qədimliyi barədə danışan müsahibimiz, Tuğ kəndində olan bu abidənin orta əsrlər məbədi olduğunu da bildirir.

"Tuğ kəndində 4 məbəd var. Stepanov məbədi, Diş qalası, Qadınlar məbədi və gördüyünüz bu Alban məbədi. Bunların hamısı qədim Alban məbədidir. Bu məbədlərin özündə də saxtakarlıqlara yol açıblar. Gələndə nələrin şahidi olduq. Girişdə fasada xaç vurublar, məbədin üzərindəki o künbəz olmayıb. Sonradan ermənilər o künbəzi tikib, üzərinə xaç işarəsi qoyub. Güya ki, bu abidə erməni kilsəsidir".

Növbəti erməni hiyləsi: Alban məbədinə saxta məzar daşları gətirilib

Burada gördüklərimiz bir daha onu deməyə əsas verir ki, ermənilər tarix boyu öz yalanlarına həqiqət donunu geyindirməyə çalışıblar. Təəssüflər olsun ki, bu gün bəzi ölkələr erməni uydurmalarına hələ də inanmaqdadır. Lakin, bütün dünya əmin ola bilər ki, ermənilərin Qarabağda etdikləri hər bir saxtakarlığın üstü mütləq şəkildə açılacaq. Odur ki, bu gün bütün arxelooqlarımız, tarixçilərimiz və tədqiqatçılarımızın ən mühüm vəzifəsi ermənilərin saxtakarlıqlarını dünyaya ifşa etməkdən ibarət olmalıdır. Belə olduğu təqdirdə dünya dövlətləri ermənilərin nə qədər saxtakar və yalandan ibarət bir tarixə mənsub olduqlarının şahidi olacaq.

İngilis səyahətçisi Vilson əbəs yerə ermənilər haqqında "Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər", - deyə fikir səsləndirməyib.